İdman

“Neftçi”nin Antalya planı bilindi: 5 yoxlama görüşü keçirəcəklər

“Neftçi” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, flaqman Bakıda və Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.

2018-ci il yanvarın əvvəllərində Bakıda bir araya gələcək “ağ-qaralar” bir müddət fiziki hazırlıq üzərində çalışacaqlar. Yanvarın ikinci yarısında isə komanda üzvləri Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. Antalyada texniki-taktiki tapşırıqlar üzərində çalışacaq “Neftçi”nin 5 yoxlama matçı keçirməsi də nəzərdə tutulub. Lakin hələlik toplanışın konkret tarixləri və rəqiblərin adları müəyyənləşməyib.

Qeyd edək ki, hazırda flaqman Topaz Premyer Liqasında 11 oyundan 13 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43