Dünyadan

“Neftçi”nin aparıcı futbolçusunu təhqir etdilər

“Neftçi”nin futbolçusu Julius Vobay Kamerunda xoşagəlməz halla üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Syerra-Leone millisi yoldaşlıq oyunu keçirmək üçün Kameruna gedib. Ancaq syerro-leoneli futbolçular oyun zamanı yerli fanatların təhqiri ilə üzləşiblər. Stadiondakı azarkeşlər isə Syerr- Leonedə millisinin futbolçularına “Ebola, Ebola” şüarları səsləndiriblər.

Ebola virusunun Syerra-Leonedə yayılması və ölümlərə səbəb olması səbəbindən az qala hər yerdə tənqid və təhqirlərə məruz qalan oyunçular Kamerun hava limanı və stadionda müxtəlif tibbi testdən keçiblər. Bundan əlavə futbolçuları matçın əvvəlində Syerra-Leonenin üzvləri ilə salamlaşmayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43