Kateqoriyasız

“Neftçi”nin “Arsenal”la səfər matçı canlı yayımlanacaq

Avropa Liqasının II təsnifat mərhələsində çərçivəsində iyulun 25-də Rusiyada keçiriləcək “Arsenal” – “Neftçi” matçı canlı yayımlanacaq .

İdmanxeber.az-ın məlumatına görə, 20.048 tamaşaçı tutumuna malik “Arsenal Stadionu”unda keçiriləcək görüşü qonşu ölkənin “MATÇ TV” kanalı canlı yayımlanacaq.

Tula şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunu ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43