Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi sərt cəzalandırıldı

“Neftçi”nin ikinci komandasının baş məşqçisi Rəşad Abdullayev cəzalandırılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

O, 1-ci divizionun 14-cü turunun “Araz Naxçıvan” – “Neftçi-2” oyununda baş verənlərə görə cəza alıb. Mütəxəssis oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. Abdullayev 5 matçlıq cəzalanıb və klub 400 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43