Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi danışdı: “Bir neçə futbolçunu sınamaq niyyətindəyik”

“Neftçi” PFK-nın əvəzedici heyətinin baş məşqçisi Asim İbrahimov klubun rəsmi saytına açıqlama verib.

Mütəxəssis “ağ-qaralar”ın təlim-məşq toplanışı barədə fikirlərini bildirib:

“Təlim-məşq toplanışının ilk mərhələs futbolçuların fiziki göstəricilərinin yaxşılaşdırılmasına hesablanmışdı. İndi isə daha çox texniki-taktiki tapşırıqlara üstünlük veririk. Komanda gündə iki dəfə – saat 10:00 və 16:30-da məşqə çıxır. 22 yanvar tarixində AZAL klubunun əvəzedici heyəti ilə yoxlama oyunu keçirəcəyik. Həmin qarşılaşmada aşağı yaş qruplarından dəvət etdiyimiz bir neçə futbolçunu da sınamaq niyyətindəyik. Özlərini yaxşı tərəfdən göstərənləri komandaya cəlb edəcəyik. Məqsədimiz əsas komandaya gənc yerli istedadlar hazırlamaqdı. Hazırda bir neçə futbolçumuz əsas komanda ilə birgə Türkiyədə hazırlıq keçir. Fikrimcə, bu futbolçular da yaxın gələcəkdə əsas heyətin üzvləri ilə rəqabət aparmaq gücündə olacaqlar”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43