Ölkə futbolu

“Neftçi”nin baş məşqçisindən gözlənilən addım: bəzi klubların planı “suya batdı”

“Neftçi”yə yenicə baş məşqçi təyin olunan Nazim Süleymanov daha bir qərar qəbul edib.

Paytaxt klubunun çalışdırıcısı “Neftçi”nin icarəyə verdiyi futbolçuları geri çağırmasını istəyib. 

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Süleymanovun belə addım atmasına səbəb yeni mövsümdə tətbiq ediləcək qərardı. 

Belə ki, növbəti mövsümdən etibarən hər komanda azı iki 21 yaşlı futbolçu əsas heyətdə oynatmalıdı. Məhz bu üzdən Nazim Süleymanov icarəyə verilən futbolçular arasında seçim aparacaq və bəyəndiyi futbolçuları komandada saxlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43