Ölkə futbolu

“Neftçi”nin dərdi var

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah AZAL-la qarşılaşacaq “Neftçi” sözügedən oyuna cidid itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun heyətində Denis Silva zədəli olduğundan bu matçı buraxacaq. 

Kaue Silva isə sarı kar limitini doldurduğundan “təyyarəçilər”lə oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – AZAL matçı saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43