Kateqoriyasız

“Neftçi”nin futbolçusu 13 mövsüm sonra ilkə imza atdı

“Neftçi”nin futbolçusu Tyaqo Bezerra mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.

İdmanxeber.az xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın XXV turunun “Sumqayıt”la səfər oyunundakı (2:0) dublla qol sayını ikirəqəmli ədədə çatdırıb.

O, son 13 mövsümdə 10 və ya daha çox qol vuran 35 yaşı arxada qoyan yeganə futbolçudur. Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Amiran Muciri “Bakı”nın heyətində 11 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43