Kateqoriyasız

“Neftçi”nin oyununun vaxtı dəyişdi

“Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Operativ Qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalmış komanda üzvləri bu gün axşam məşqinə çıxacaq.

“Ağ-qaralar”ın hazırlıq çərçivəsində “Keşlə” ilə iyunun 9-u keçirəcəyi yoxlama matçı bir gün sonraya təxirə salınıb. Oyun iyunun 10-u saat 18:00-da “Neftçi”nin bazasında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43