Ölkə futbolu

“Neftçi”nin sabiq futbolçusu yeni klubunda

Ötən mövsüm “Neftçi”dən ayrılan Erik Ramos yeni klubla razılığa gəlib.

İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, paraqvaylı futbolçu gələcək karyerasını vətənində davam etdirəcək. 

29 yaşlı cənubi amerikalı yarımmüdafiəçi əvvəllər də şərəfini qoruduğu “Rubio Nu” ilə bir illik müqavilə imzalayıb. Yüksək liqa təmsilçisi Ramos və argentinalı Leandro Qratsianın keçidini açıqlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43