Kateqoriyasız

“Neftçi”nin son oyununun vaxtı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin Ukrayna “Desna”sı ilə keçirəcəyi yoxlama oyununun başlama saatı məlum olub.

Yanvarın 24-də, “Emir Hotels Spor Kompleksi”nin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bu, “Neftçi”nin toplanışda son matçıdır. Komanda buna qədər keçirdiyi yoxlama matçında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna isə 1:2 hesabıyla uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43