Kateqoriyasız

“Neftçi”nin trasfer siyahısındakı əsas ad – Danışıqlar başladı

Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyevi karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” əslən azərbaycanlı futbolçunu transfer etmək istəyir.

Klublar arasında Azərbaycan əsilli oyunçunun transferi müzakirə edilir.

“Neftçi” 26 yaşlı yarımmüdafiəçini 300 min avro qarşılığında heyətinə cəlb etməyə hazırdır. Ancaq “Ximki” rəhbərliyi Quliyevin satışından, təxminən, 500-700 min avro məbləğində qazanc götürmək niyyətindədir.

Hətta futbolçuya Azərbaycan vətəndaşlığı verilməsi də istisna edilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43