Ölkə futbolu

“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu

“Neftçi”nin yeni baş məşqçisinin adı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, bir qədər əvvəl istefa verən Böyükağa Hacıyevin boş qalmış postuna 4 il əvvəl “Neftçi”ni çempion edən, lakin ÇL-də Xorvatiya “Dinamo”suna (Zaqreb) məğlub olaraq istefaya göndərilən Arif Əsədov gəlir.

Əsədovun təyinatı sabah rəsmən açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43