Ölkə futbolu

“Neftçi”nin yeni transferinin detalları bəlli oldu

Transfer çalışmalarını davam etdirən “Neftçi” Yunanıstan Super Liqasında çıxış edən OFI klubundan Vanqelis Platellası rənglərinə bağlayıb.

 “Ağ-qaralar” 30 yaşlı vinqer üçün qarşı tərəfə 50 min avro təzminat ödəyib. Yunan futbolçu ilə 1,5 illik müqavilə imzalandığı və illik qazancının 300 min avro olacağı bildirilir

AEK, “Atromitos”, “Aris” kimi klublarda çıxış edən futbolçu ötən ildən OFI-də oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43