Ölkə futbolu

“Neftçi”yə ispan məşqçi rəhbərlik edir

Hal-hazırda “Neftçi”nin futbolçuları klubun bazasında məşq edir.

Heyətə məşqi isə fiziki hazırlıq üzrə mütəxəssis ispan Ruben Selles keçir.

Məlumat üçün deyək ki, komandanın baş məşqçisi Nazim Süleymanov istefa verib və yeni çalışdırıcının adına yaxın günlərdə aydınlıq gələcək. Böyük ehtimalla, bu posta yenidən Böyükağa Hacıyev təyin olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43