Kateqoriyasız

“Neftin çalası”na atılan klubumuz: “Neftçala”!

Tarixə
qovuşanların sırası genişlənir

Növbəti
“hədəf” kimi “Neftçala”nı seçməyimiz səbəbsiz deyil. “Bölgələrdə futbol inkişaf
etməlidir”, “Bölgə təmsilçilərinə şərait yaradılamlıdır” kimi sözləri çox
eşitmişik. Yəni Azərbaycanın futbol başbilənləri az qala hər açıqlamasında
“bölgələrdə futbolun inkişafı üçün çalışırıq” kimi ifadələri artıq
qulaqlarımızdan sırğa kimi sallanır desək yanılmarıq. Təəssüf ki, bütün bunlar
elə söz olaraq qalır və gözdən pərdə asmaq niyyəti güdür. Yəni söz var, əməl
yoxdur. Bunu cari mövsümün sonunda da gördük. Həmişə olduğu kimi. Ötən il “Neftçala”
Kamal Quliyevin rəhbərliyi altında çempion olanda həm klub rəhbərliyi həm də
baş məşqçidən tutmuş bütünfutbolçular sevinc içində, böyük ümidlərlə Premyer Liqada
iştirak edəcəkləri günü gözləyirdilər. Bəlkə də bu arzunun bir xülya olduğunu
hiss etmişdilər, bəlkə də yox. Amma faktiki “Neftçala” çempionluğun və çəkdikləri
əziyyətin bəhrəsini görmək istəyirdi. Premyer Liqanın püşkatmasına az müddət
qalmış onların aldığı xəbər isə belə demək mümkünsə sarsıdıcı oldu. Tamamilə həvəsdən
düşdülər və növbəti mövsümə necə başlayacaqlarını, ümumiyyətlə oynayıb-oynamayacaqlarını
düşünməyə başladılar. Bütün bunlara baxmayaraq Kamal Quliyevin rəhbərliyi
altında yenidən toparlanaraq əzm göstərdilər və ardıcıl ikinci dəfə çempion
oldular. Neftçalalı azarkeşləri növbəti dəfə qürurlandırdılar. Təbii ki, bu həvəsin,
yenidən toparlanıb çempionluğa oynamağın yeganə səbəbi ümid idi. Premyer Liqada
iştirak edəcəklərinisəbirsizliklə gözləyirilər. Bu ümid də 2016/17 mövsümündə
güclülər dəstəsində 8 komandanın iştirak edəcəyi müəyyənləşəndən sonrapuç oldu.
Yəni, çempion olmasına baxmayaraq “Neftçala” Premyer Liqada oynamayacaq. Hətta,
hazırda klubun dağılması haqda müzakirələr gedir və təəssüf ki, bu mənada heç
bir müsbət addım yoxdur. Qısası daha bir futbol ənənəsi olan bölgə təmsilçisi
tarixə qovuşmağın astanasındadır. Bir sözlə, artıq Azərbaycan futbolu üçün
xilaskar rolunu oynamayan neftdə “boğulan” klublarımızın sırasına daha biri
qoşulmaq üzrədir…

“Pambıqçı”
ilə başlayan ənənə…

Əslində
bölgədə futbolun populyarlaşması müstəqilliyimizin ilk illərinə təsadüf edir. Daha
doğrusu, Neftçala futbolu “Pambıqçı” ilə tanınıb desək yanılmarıq.1992-ci ildə
səhnəyə çıxan komanda həmin mövsümdə yaxşı çıxış etsə də güclülər dəstəsinə vəsiqə
verən ilk iki yerdən birini tuta bilməyərək, bürünc medalla kifayətlənmək məcburiyyətində
qalır. Ümumiyyətlə demək olar hər dəfə çempionluğu hədəfləyən neftçalalılar
1993mövsümündə əvvəlcə birinci divizionun “B”, növbəti “futbol ili”ndə isə “A”
qrupunda ikinci yeri tutur. Nəhayət, 1994/95 mövsümündə bölgə təmsilçisi Azərbaycanın
ən güclü komandalarının yarışdığı çempionatda iştirak hüququ qazanır. Beləcə
ardıcıl 3 il 1994/95, 1995/96 və 1996/97 mövsümündə güclülər dəstəsindəsözügedən
bölgənin təmsilçisi də mübarizə aparır. Ancaq bu illər komanda üçün o qədər də
uğurlu alınmır. İlk mövsümdə 13 komanda arasında 9-cu yeri tutsa da, “Pambıqçı”
sonradan bu nəticəni təkrarlaya bilmir. 
1995/96-da 11 komanda arasında sonuncu, növbəti ildə isə 16 iştirakçı
arasında 15-ci olur.

1998-2000-ci
illərdə Azərbaycanda birinci divizionun ləğv olunması ilə bir çox iştirakçılar
kimi Neftçala komandası da tarixə qovuşur.Yəni güclülər dəstəsi bu bölgəni heç
kim təmsil etmir. Hətta, birinci divizion bərpa ediləndən sonrakı bir neçə ildə
də Neftçalanın adından oynayanheç bir komanda görünmür…

Yalnız
2004-cü ildə “ANŞAD Petrol” adı altında klub yaradılır. Azərbaycan, Türkiyə və
Malayziyanın səhmləri ilə fəaliyyətə başlayan “ANŞAD Petrol MMC”nin maddi dəstəyi
sayəsində klub 2011-ci ilə qədər bu ad altında fəaliyyət göstərir. Qeyd edək
ki, “ANŞAD Petrol” bu 7 il ərzində heç də zəif nəticə göstərmir. Hər mövsüm
çempionluğa oynasa da ən yaxşı göstəriciləri ardıcıl bir neçə dəfə yalnız
bürünc medallarla kifayətlənmək olur.

2011-ci
il fevralın 23-də “ANŞAD Petrol”un da fəaliyyətinə son qoyulur və komanda yeni,
“Neftçala” adı ilə çempionata davam edir. Kluba sponsorluğu isə “SOCAR
Petroleum” öz üzərinə götürür. Bununla da 2011-ci ildən etibarən “Neftçala” elə
təmsil olunduğu bölgənin adı ilə oynamağa başlayır. Klubda baş verən dəyişikliklərə
görə “Neftçala” həmin il 21 xalla 10-cu yeri tutur. Ancaq, növbəti mövsüm üçün
qarşıya konkret çempionluq hədəfi qoyulur. Neftçalalılar 2011/12 mövsümündə 55
xalla ikinci, 2012/13-cü “futbol ili”ndə isə 54 xalla 3-cü yeri tutur. İki il əvvəl
isə 68 xalla yalnız “Araz Naxçıvan”dan geri qamaqla çempionluq potensialının
böyük olduğunu bir daha göstərdi. Naxçıvanlılar premyer-liqaya yüksələndən
sonra birinci divizionda “hakimiyyət”i “Neftçala” ələ keçirir.Artıq iki ildi
ki, çempion titulunu qoruyub saxlayan nefçalalıların da aqibətinin bu cür
olacağı ağlasığmaz idi. Çünki klubun arxasında AFFA kimi futbol qurumu
dayanırdı. Üstəlik aşağı dəstənin belə desək“div”lərindən hesab olunurdu.Çempionatdan
əlavə neftçala təmsilçilərinin ölkə kuboklarında da müəyyən nəticələri var. Onlardan
ən yaxşı göstəriciyə məhz “Pambıqçı” malikdir. Çünki 1992-ci ildə bu komanda
1/4 final mərhələsinə qədər irəliləməyi bacarıb.Ancaq növəti illərdə, istər
“ANŞAD Petrol” olsun, istərsə də “Neftçala” indiyə qədər kubokun 1/8 final mərhələsindən
bu yana keçə bilməyib. Neftçalanın indiyəqədərki ən yaxşı futbolçusu isə
ardıcıl 3 mövsümdə (1994/95, 1995/96, 1996/97) bombardir olmuş Mehman İbrahimov
sayılır…

…“Neftçala”
ilə bitəcək?

Neftçalalı
futbolsevərlərin indi hansı hisslər keçirdiyi başa düşüləndir. Bu bölgədə
futbolun ənənəsinin qoyulması üçün xeyli əziyyətlər çəkilib. Hələ keçən ildən
etibarən rayonda abadlıq işlərinə də başalnılmışdı. Klub rəhbərliyi premyer-liqaya
yüksəlmək üçün tələb olunan bütün şərtləri yerinə yetirməyə çalışırdı. Düzdü “Neftçala”nın
ən çox problem yaşadığıməqam stadionla bağlıdır. Hər dəfə, xüsusən də qış
aylarında əksər bölgələrdə olduğu kimi orda da meydança yararsız vəziyyətə
düşür. Ciddi problemi olan, kartof sahəsini xatırladan meydançada isə, təbii
ki, heç bir rəqib oynamaq istəməz. Amma ötən ildən startı verilən yenidənqurma
işlərinin stadiona da müsbət təsir edəcəyi gözlənilirdi. Amma deyəsən buna ehtiyac
qalmayacaq.Çünki, hazırda “Neftçala”nın taleyinə konkret aydınlıq gəlmədiyi
üçün stadion məsələsi ikinci plana keçib. “SOCAR Petroleum”, dolyaısı ilə AFFA
klubun üzərindən əlini tam çəkərsə komandanın yeni mövsümdə çıxışı sual altına
düşəcək. Təbii ki, futbol naminə hadisələrin bu cür davam etməsini istəmərik. Amma
görünən odu ki, bölgələrdə futbolun inkişafı, kütləviliyi artırmaq əvəzinə tam əks
addımlar atılır…

“Belə
olacaqdısa məni niyə baş məşqçi kimi çağırdılar?”

Təbii,
Neftçala futbolu ilə bağlı müəyyən insanların da fikirlərini öyrənmək lazım
idi. Konkretləşdirsək, həm komandanın sabiq baş məşqçisi Kamal Quyliyev, həm də
rayon futbolunun əfsanəsi sayılan Mehman İbrahimovu dinləmək istədik. Ancaq
Mehman bəy məsələ ilə bağlı açıqlama verməkdən çəkindi. Bu üzdən artıq klubla
bağlılığı qalmayan Quliyevin qısaca fikirləri ilə kifayətlənməli olduq. Kamal bəy
bu məsələdə AFFA ilə PFL-I deyil, məhz klub rəhbərliyini günahlandırdı və
dolayısı ilə çempionatboyuonun işinə müdaxilə edildiyini söylədi:“Komandanın gələcəyi
barəsində məlumatı rəhbərlikdən soruşsaz daha yaxşı olar. Təəssüf ki, orda iki
ilim getdi. “Neftçala”nı çempion etdim, bu mənim şəxsi uğurum idi. İki il
çempion olduq amma premyer-liqadamübarizə apara bilməyəcəyik. Komanda faktiki
yoxdur. Mən nə AFFA-nı nə PFL-i qınayıram.Onlar premyer-liqaya yüksəlməyimiz
üçün əlindən gələni etdi. Günah rəhbərlikdədir. Belə olacaqdısa məni niyə baş məşqçi
kimiçağırdılar? Kənardan da göstəriş verməklə klubu çempion edə bilərdilər.Futbolçular
artıq müxtəlif klublarla danışıqlar aparır,
 hətta müqavilə
də imzalayıblar…

Açıq
danışaq, hamı pul qazanmaq üçün yaşayır. Bölgə futbolunu işıqlandıran yoxdur. Bəzi
jurnalistlərimizi çıxmaq şərtiylə əksəriyyət bu mövzuya toxunmur. Klubların
yaşaması üçün yerli icra hakimiyyətlərinin də üzərlərinə düşülməlidir. Mən
Yevlaxda oynayanda, rayonun İcra Başçısı oyunlara gəlirdi, azarkeşlərlə birgə
komandanı dəstəkləyirdi. Üzərinə düşən işləri görürdülər. İcra hakimiyyəti də
futbolu sevməlidir. Dövlət tərəfindən bu məsələni aydınlaşdırmaq lazımdır. İş
adamların futbola cəlb eləmək, onları müəyyən vergilərdən azad edərək həmin məbləği
klublarımıza ayırmaq lazımdır. Ölkə prezidenti futbolun inkişafı üçün 2 milyard
dollar vəsait ayırmışdı. Bəs bu pullar kimlərin cibinə getdi?Elə buna görə də,
büdcələrə nəzarət komitəsi yaradılmalıdır ki, oxşar halların qarşısı alınsın”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.

SƏBUHİ NƏRİMANOĞLU



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43