Milli komanda

Norveç millisinin üzvü: “Çətin də olsa, qələbə qazanmağı bacardıq”

“Oyun ərzində qol vurmaq cəhdlərimiz yaxşı idi. Ancaq oyunumuz elə də yaxşı alınmadı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Avro-2016″nın seçmə mərhələsində Bakıda millimizə 1:0 hesabı ilə qalib gələn Norveç yığmasının üzvü Ştefan Yohansen ölkəsinin mətbuatına açıqlamasında deyib:

“Mübarizənin çətin keçəcəyini bilirdik. Müəyyən taktiki gedişlər etdik ki, bu da işə yaradı. Çətin də olsa, qələbə qazanmağı bacardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43