Kateqoriyasız

Növbəti mövsümdən I Divizionda çıxış edəcək klub futbolçu axtarışında

“Əlincə” futbol klubu yeni mövsümdən etibarən I Divizionda çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, heyətində əsasən gənc futbolçulara yer verməyi planlaşdıran komanda daha da güclənmək məqsədilə futbolçu seçimi elan edir. 1 iyun 2015-ci il tarixində start götürəcək seçimlər 1995-1999 təvəllüdlü futbolçular arasında aparılacaq.

Qeyd edək ki, seçimlər 30 iyun 2015 tarixində başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43