Dünya futbolu

Noyer “Real”a qarşı oynayacaq?

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli qapıçısı Manuel Noyerin son durumu haqda məlumat verib.

İdmanxeber.com-un məlumatına görə, o, 31 yaşlı qolkiperin zədəsinin ciddi olmadığını deyib:

“Noyer “Borussiya” və “Real”la matçlarda oynamağa hazırdır. Ayaq barmağında kiçik zədə var. Bu isə onun Çempionlar Liqasında oynamağına problem yaratmayacaq”.

Qeyd edək ki, M.Noyer zədə səbəbindən Almaniya bundesliqasında “Auqsburq” və “Hoffenhaym”la görüşləri buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43