Kateqoriyasız

Oğuz Çətin: “Rəqiblərimizlə xal fərqini aradan qaldırmaqdayıq”

Topaz Premyer Liqasının XI turunda “Xəzər Lənkəran” “Simurq” üzərində 2-1 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin matçdan sonra bu sözləri deyib:

“Elə oyunlar var ki, daha çox mübarizə aparmalısan. Biz bu gün fiziki cəhətdən güclü, yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Mübarizə aparmaqla yanaşı, qol vurmaq çox önəmlidir. Son oyunlarda rəqibdən asılı olmayaraq, qol vururuq. Rəqiblərimizlə xal fərqini aradan qaldırmaqdayıq. Məqsəd fasilədən istifadə edib, növbəti görüşlərə daha yaxşı hazırlaşmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43