Kateqoriyasız

Oğuz Çətin: “Ümid edirəm ki, mərkəz müdafiəçisi və hücumçu gətirməklə daha yaxşı işlər görə bilərik”

Topaz Premyer Liqasının 18-ci turunda “Xəzər Lənkəran” AZAL-ı qəbul etdi. Oyun 1-1 hesabı ilə yekunlaşdı.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin matçdan sonra bunları deyib:

“Oyunu qalib bitirməli idik. Düzdür, heyətdə problemlər var. Bütün bunlara baxmayaraq, qələbə qazanmalı idik. Düzdür, futbolçularım mübarizə apardılar, qol vurdular. Lakin bu gün keyfiyyət baxımından problem yaşadıq. Ümumi nəticə qazanmaq üçün mübarizə aparmaq lazımdır. Bugünə qədər həyata keçirdiyimiz işlər sayəsində yaxşı futbol sərgiləyirik. Amma futbolda fərdi xətalar var. Bütün bunlara baxmayaraq, yaxşı bir komandaya sahibik. Ümid edirəm ki, mərkəz müdafiəçisi və hücumçu gətirməklə daha yaxşı işlər görə bilərik”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43