Dünyadan

“Old Trafford”un tutumu artırılır

“Mançester Yunayted” klubu “Old Trafford” stadionunun tutumunu artırmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, klub stadiona daha 12 min yer əlavə edəcək. Rekonstruksiya əsasən “Bobbi Çarlton” tribunasında aparılacaq. Bu sektora əlavə 7 500 oturacağın quraşdırılması nəzərdə tutulur.

Beləliklə də, stadionun tutumu 88 minə yükəsləcək. Bu da “Nou Kamp”dan (99 354) sonra Avropada 2-ci ən böyük tutumlu stadion deməkdir. Hazırda tutumuna görə qitədə Santyaqo Bernabeu (85 454) 2-ci yerdədir.

Xatırladaq ki, “Uembli”nin azarkeş tutumu 90 min olsa da, bu stadionda əsasən milli komandalar oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43