Kateqoriyasız

“Olimpiakos”dan “Qarabağ”la oyun öncəsi daha bir transfer

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, Yunanıstan klubu son mövsümü Fransa “Marsel”ində keçirən Sedrik Bakambunu transfer etdiyini rəsmən açıqlayıb. 31 yaşlı konqolu forvardla bağlanılan müqavilənin detalları hələ ki, məlum deyil.

Qeyd edək ki, “Olimpiakos” bundan öncə Xames Rodriges və Marselonu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43