Ölkə futbolu

Oliver Spiteri:”Neftçi”nin hücum xətti təhlükəlidir”

Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi" Malta təmsilçisi "Baltsan"la qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, oyunöncəsi mətbuat konfransında qonaq komandanın baş məşqçisi Oliver Spiteri bunları deyib:

"Qonaqpərvərliyə görə təşəkkür edirik. Təşkil olunan şəraitdən razıyıq."Neftçi"yə minnətdarıq. İlk oyun çox çətin keçdi. Daha yaxşısını edə bilərdik. Sabahkı oyun da çətin olacaq. "Balzan" hələ Avropada çağadır. Ayağa durmalıdır ki, qaçmağı bacarsın. Ən azından sabah "Neftçi"yə 1 qol vuracağımıza ümid edirik. "Neftçi"nin hücum xətti güclüdür. Elşən, Rəhman, Ruslan bunlar təhlükəli futbolçulardır. "Neftçi"dən gözlədiyimiz oyunu gördük. Biz rəqibin potensialını bilirik və onlara qarşı layiqli oyun göstərəcəyimizi düşünürəm".

Komandanın kapitanı Stiv Bezzina: "Neftçi"nin çox güclü futbolçuları var. Xüsusilə Araz Abdullayevi vurğulamaq istəyərdim. Həmişəki kimi komanda yoldaşlarımı motivasiya edirəm hesabdan asılı olmayaraq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43