Ölkə futbolu

ÖZƏL! Azərbaycan millisinin sabiq baş məşqçisi “Ayntraxt”da

Bir zamanlar Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandasının baş məşqçisi vəzifəsində çalışan Nikolay Adamın yeni iş yeri bəlli olub. Son olaraq Hindistanın U -17 millisi ilə müqavilə bağlayan Adamın sözü gedən ölkədə də işi başa çatdığından doğma Vətənə üz tutub. 

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis ölkəsinin “Ayntraxt” klubunda çalışacaq. O, yeni klubunda beynəlxalq əlaqələr üzrə direktor vəzifəsini icra edəcək. Bundan başqa, yaxın zaman ərzində “Ayntraxt” klubunun təmsil etdiyi Frankurt şəhərində Çin-Alman futbol məktəbi açılacaq ki, həmin işdə də əsas məsuliyyət Nikolay Adamın üzərinə düşür.

Lakin bizdə olan məlumatlar bununla da bitmir. Belə ki,  Azərbaycanın U – 19 millisində, eləcə də Hindistanın U – 17 yığmasında yerli mütəxəssisimiz Etibar İbrahimovla birgə çalışan Nikolay Adamın yaxın günlərdə sabiq köməkçisini də yanına aparması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43