Kateqoriyasız

“Öz dünya çempionatımızı yaradarıq” – Peresdən FIFA və UEFA-ya mesaj

Yeni yaradılan Avropa Super Liqasının sədri seçilən Florentino Peres UEFA və FİFA-nın belə bir yarışın təşkilinə görə onlara tətbiq edəcəyi sanksiya barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Real”ın 74 yaşlı prezidenti bununla bağlı alternativ variantlarının olduğunu deyib:

“Futbola bütün səviyyələrdə kömək edəcəyik və onu layiq olduğu səviyyəyə qaldıracağıq. Dünyada 4 milyarddan çox futbol azarkeşi var. Bu insanların ehtiyacını qarşılamaq bizim kimi böyük klubların məsuliyyətidir. Əgər bu turnirdə iştirak edən klubların dünya çempionatında oynamasına icazə verilməzsə, onda biz də öz dünya çempionatımızı yaradarıq. Heç bir problem yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43