Kateqoriyasız

Özil sıradan çıxdı

“Fənərbağça”nın futbolçusu Mesut Özil zədələnib.

Almaniya millisinin keçmiş üzvü Super Liqanın 27-ci turunda “Antalyaspor”la keçirilən matçda (1:1) zədələnib. Ayaq əzələsindən zədələnən 32 yaşlı yarımmüdafiəçi ən azı bir ay yaşıl meydanlardan kənar qalacaq.

Özil qış fasiləsində “Arsenal”dan İstanbul klubuna keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43