“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Yunanıstan təmsilçisi Hollandiyanın “AZ Alkmaar” klubu ilə qarşılaşıb. “Qəbələ”nin rəqibi 2:1 hesabı ilə qalib gəlib.
“Panatinaikos” – “AZ Alkmaar” – 2:1
Qollar: Omri Altman, 45 (1:0), Gilyermo Molins, 58 (2:0), Stenqs, 63 (2:1)
Qeyd edək ki, “Qəbələ” “Panatinaikos”la ilk matç iyulun 27-də Afinada, cavab görüşü isə avqustun 3-ü Bakıda keçiriləcək.