Ölkə futbolu

Pantiç Lənkəran səfəri öncəsi ehtiyatlı danışdı: “Xəzər Lənkəran”ın bu oyunu məni narahat edir”

“Bakı”nın baş məşqçisi Miliko Pantiç “Xəzər Lənkəran”la qarşılaşacaqları 22-ci tur matçı haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Pantiç “Xəzər Lənkəran”dan çəkindiyini etiraf edib:

“Son vaxtlar “Xəzər Lənkəran” çox yaxşı oynayır və bu məni narahat edir. Səfərdə “Qarabağ”, “Qəbələ” kimi komandaları məğlub etdilər. Mənim üçün Premyer Liqada hal-hazırda ən yaxşı formada olan komanda “Xəzər Lənkəran”dı. Düzdü hələ komanda yeni baş məşqçinin rəhbərliyi altında formalaşır, ancaq çox təhlükəli komandadır”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43