Dünya futbolu

PAOK-un futbolçusu Azərbaycanda oynaya bilər

Ukrayna mətbuatının yaydığı xəbərlərə görə, PAOK-un 31 yaşlı futbolçu Yevgeni Xaçeridi Azərbaycan klublarının birinfən təklif alıb.

Mətbuat həmin komandanın adını açıqlamasa da, oyunçunun karyerasını Azərbaycanda davam etdirə biləcəyini qeyd edib.

Dəyəri 2,5 milyon avro olan futbolçunun PAOK-la 2021-ə qədər müqaviləsi var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43