Kateqoriyasız

“Partizani”nin uğursuz səfər seriyası

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Albaniyanın “Partizani” klubunu qəbul edəcək

UEFA-nın saytı bəzi faktları hazırlayıb:

– Tirandakı ilk oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb;

– “Qarabağ” ötən mövsüm bu mərhələdə Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb;

– “Partizani” avrokuboklarda son 28 səfər oyununda qalib gəlmir (3 heç-heçə, 25 məğlubiyyət);

– “Qarabağ” 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib;

– Cütün qalibi II təsnifat mərhələsində “Dandolk” – “Riqa” cütünün qalibi ilə üz-üzə gələcək;

– Məğlub komanda Avropa Liqasının II təsnifat mərhələsində “Şerif” – “Saburtalo” cütündə uduzan klubla qarşılaşacaq.

Cütün ilk oyununda qolsuz heç-heçə qeydə alınıb. Komandaların cavab Bakıda yerləşən “Dalğa Arena”da reallaşacaq. Oyunun start fiti 21:00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43