Dünya futbolu

Paytaxt klubu braziliyalı üçün hərəkətə keçdi

“Zenit”in yarımmüdafiəçisi Vendel “Roma”nın maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu 25 yaşlı futbolçu üçün danışıqlara başlayacaq. Futbolçu özü də yaxın aylarda klubunu dəyişməkdə israrlıdır.

Bu səbəbdən də “Roma” ilk öncə onunla, daha sonra isə “Zenit”lə təmasa keçəcək.

Braziliyalı yarımmüdafiəçi 2022-23-cü il mövsümündə bütün turnirlərdə 33 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Vendel 2020-ci ilin oktyabrından komandadadır. Müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43