Ölkə futbolu

PFL açıqladı: “Qarabağ” qızıl medallarına nə vaxt qovuşacaq?

Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün qalibi “Qarabağ” qızıl medallarına mayın 22-də qovuşacaq.

Bu barədə İdmanxeber.com-a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, Ağdam klubuna qızıl medallar Premyer Liqanın 35-ci turu çərçivəsində keçiriləcək “İnter” – “Qarabağ” matçından sonra veriləcək. 

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”ı məğlub etməklə çempionluğunu rəsmiləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43