Premyer Liqa

PFL eyni oyunun vaxtını ikinci dəfə dəyişdirdi

Premyer Liqanın 19-cu turunun iki oyununun keçirilmə yeri və başlama vaxtı dəyişdirilmişdir.

İdmanxeber.com-un məlumatına görə, dünən keçirilməli olan “Sumqayıt” – “Qəbələ” matçı bugün keçiriləcək. Hətta bu oyunun Sumqayıtda keçiriləcəyi də qeyd olunmuşdu. Lakin bu dəfə sözügedən oyunun məkanı dəyişdirilib. 

02 fevral (bazar)

“Sumqayıt” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

Bayıl Arena, 14:30

“Neftçi” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Qürbət Həsənov

Hakim-inspektor: Əhmədağa Cabbarov

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 14:00

Bu komandaların əvəzedici heyətləri arasında keçiriləcək oyunlarda da dəyişiklik edilmişdir.

02 fevral (bazar)

“Sumqayıt” – “Qəbələ”

Bayıl Arena, 10:00

03 fevral (bazar ertəsi)

“Neftçi” – “Simurq”

Bayıl Arena, 14:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43