Premyer Liqa

PFL iki oyunun keçirilmə yerini dəyişdi

Azərbaycan Premyer Liqasında 36-cı turun “Xəzər Lənkəran” – “Qarabağ” və AZAL – “İnter” oyunlarının keçirilmə yeri dəyişdirilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, klubların qarşılıqlı razılaşmasına əsasən 17 may 2014-cü il tarixində keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” matçı Tofiq Bəhramov adına Respublika stadionunda, AZAL – “İnter” matçı isə “Şəfa” stadionunda baş tutacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43