Kateqoriyasız

PFL mükafatlandırma mərasiminin vaxtını açıqladı

Azərbaycan Birinci Divizionda mükafatlandırma mərasiminin keçiriləcəyi tarix və stadion müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Tədbir mayın 17-si “ASK Arena”da olacaq. Mərasim 19:30-da başlayacaq.

Qeyd edək ki, diviziona 23 turdan sonra aktivində 54 xal olan “Qaradağ Lökbatan” liderlik edir.  “Şamaxı-2” 41 xalla 2-ci, eyni xalı olan “Qarabağ-2” isə 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43