Ölkə futbolu

PFL rəsmisi açıqladı: kubokun finalı üçün satışa çıxarılan bilet sayı, oynanılacaq hədiyyələr və digər məsələlər – RƏSMİ AÇIQLAMA

Mayın 22-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kubokunun “Qəbələ” – “Neftçi” matçına Peşəkar Futbol Liqası (PFL) ciddi hazırlıq görür.

Bu barədə idmanxeber.com-a qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. PFL rəsmisi bildirib ki, sözügedən oyun üçün 20 minə yaxın bilet satışa çıxarılacaq. Biletlərin qiyməti isə yerlərdə asılı olaraq 2-5-50 manat arasında dəyişəcək.

Aslan Şahgəldiyev bundan əlavə lazım olarsa yenidən bilet sifraiş edəcəklərini də bildirərək, final matçı üçün görülən işlərə və planlara toxunub.

“Hələ ki, 20 minə yaxın bilet satışa çıxarılacaq. Lazım olacağı təqdirdə yenidən bilet sifariş edə biləcəyik. Həm “Qəbələ”, həm də “Neftçi” tərəfinə biletlə bağlı təklifimizi etmişik. Pulsuz bilet heç bir kluba verilməyəcək. Bundaa əlavə hər zamankından fərqli, bu dəfə ulduz müğənnilərin konsert proqramı olmayacaq. Çünki azarkeşlər oyunun başlama saatında stadiona gəlirlər. Matçdan öncə açılış mərasimi, bitimindən sonra isə atəşfəşanlıq olacaq. Azarkeşlər arasında avtomobil, jurnalistlər arasında isə noutbuk və planşet də lotoreya olaraq oynanılacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43