Dünya futbolu

Podolski yenidən Türkiyə Super Liqasında

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Super Liqa təmsilçisi “Kasımpaşa”dan ayrılan Veysel Sarı ilə Yaponiyanın “Vissel Kobe” klubunun hücumçusu Lukas Podolskini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43