Ölkə futbolu

Polyaklar “Lill” – “Qəbələ” matçında

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək  “Lill” – “Qəbələ”  oyunun hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. 
 
Qarşılaşmanın baş hakimi Daniel Stefanski olacaq. Ona  Rafal Rostofski və David İqor kömək edəcək. Dördüncü hakim isə  Zbiqnev Dobrınin olacaq. 
 
Qeyd edək ki, sözügedən oyun iyulun 28-də Fransada keçiriləcək. Cavab matçı isə avqustun 4-nə nəzərdə tututlub.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43