Dünya futbolu

“Portu”nun oyunçusu karyerasını Bundesliqada davam etdirə bilər

”Bavariya” “Portu”nun oyunçusu Alan Varelanı heyətinə qatmaq istəyir.

İdmanxeber.az məlumat verir ki, Münhen klubu oyunçunu yaxından izləyir, ancaq transfer etmək üçün tələsməyəcək.

Varelanın “Portu” ilə 2028-ci ilin yayına qədər müqaviləsi var. 22 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 2 qol vurub və 3 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43