Milli komanda

Portuqaliya “siftəmizi” korladı

17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ilk matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Təbriz Həsənovun başçılıq etdiyi komandamız ilk oyununda Portuqaliya ilə qarşılaşıb..

Bakı Olimpiya Stadionunda keçirilən matçda portuqaliyalılar qələbə qazanıb-0:5

Qeyd edək ki, millimiz turnirdə ikinci oyununu Belçikaya qarşı keçirəcək. Mayın 8-də baş tutacaq matç saat 19:00-da başlayacaq.

5 may

Avropa çempionatı

A qrupu

20:00. Azərbaycan – Portuqaliya 0:5

Qollar: Joze Qomes, 4 (0:1),  16 (0:2), Elçin Əsədov, 24-avtoqol (0:3), Migel Luis, 44 (0:4), Qedson Fernandes, 76 (0:5)Bakı Olimpiya Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43