Dünya futbolu

Portuqaliyalı hakim ağ vərəqə göstərdi – VİDEO

Portuqaliyada qadınlar arasında ölkə kubokunun 1/4 finalında “Benfika” ilə “Sportinq” üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, görüşdə yaşıl meydanlarda nadir rast gəlinən hadisə baş verib. Belə ki, meydanda zədələn bir futbolçuya yardım göstərmək üçün hər iki klubun tibbi heyəti oyuna daxil olub.

Bu zaman qarşılaşmanın baş hakimi tibbi personala ağ vərəqə göstərib. Stadiondakı azarkeşlər də buna alqışlarla qarşılıq verib.

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyasının təşəbbüsü olan ağ vərəqələr ədalətli oyun və etik hərəkətlərin təqdiri olaraq göstərilir.  Görüş “Benfika”nın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmin anları sizə təqdim edirik:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43