Müsahibə

Premyer Liqa klublarının “kabusu” – Mombonqo 3 klubun adını çəkdi, “instagram”da yerləşdirdiyi fotolara toxundu – MÜSAHİBƏ

AZAL-ın “vuran ayağı” Freddi Mombonqonun “Xəzər Lənkəran”la oyundan sonra idmanxeber.com-a verdiyi müsahibə.

– İlk öncə “Xəzər Lənkəran”la oyun haqda fikirlərini bilmək istəyərdim.

Oyunun ilk dəqiqələrindən topa sahib olduq. Bu da baş məşqçimizin dediyi kimi topa sahib olma mentalitetini meydanda sərgilədik. Daha vacib olan da yüksək sürəti oyunboyu olmasa da, bir müddət saxlamaq idi. Baş məşqçimiz də bizə bunu tapşırmışdı. Biz də məhz yüksək sürəti bacardığımız qədər saxlamağa çalışdıq. “Xəzər Lənkəran”ın zəif yox, normal, güclü komanda olduğunu bilirdik. Gənc oyunçuları daim hərəkətdə idi. Evdə oynadığımızı nəzərə alaraq təcrübəmiz sayəsində də qələbə qazandıq. 

– Hesab daha böyük ola bilərdi. Ancaq son nöqtəni qoymaqda çətinlik çəkirdiz. Bu nədən irəli gəlirdi?

Mənim üçün hesabın fərqi yoxdu.Top məndə olanda çalışıram ki, qol vurum. Bugünkü oyunda da iki qol vurdum. Mənim effektliliyim də bundadı ki, iki imkanım oldu və elə ikisində də qol vurdum. Bu da baş məşqçinin mənə olan etibarından irəli gəlir. O, hər oyundna öncə mənimlə dnaışır ki, bu zaman da mən də özünəinam daha yüksək olur. Mənim ambisiyalarıma gələn il Avroliqada oynamaq daxildi. 

– Kubokdan kənarda qaldız. Avroliqaya bu il vəsiqə qazanmaq üçün çempionatda yer tutmanız lazımdı ki, bu da inandırıcı görsənmir.

Ambisiyalarımız dəyişməyib.  Kubokda mübarizəni dayandırsaq da, “Simurq”la xal fərqimiz 1-ə bərabərdi. Unutmayın ki, çempionatda “Qarabağ”, “İnter”, “Neftçi” kimi güclü komandalar da var. Və bunu da unutmayın ki, hələ qarşıda 10 oyunumuz var. Məşqçimiz də komandanı yeni yığıb. Birinci mövsümdü ki, burada oynayırıq. 

– Sərgilədiyin oyunla iddialı komandaların diqqət mərkəzinə düşürsən. Ölkəmizdə konkret hansı komandanın şərəfini qorumaq istəyərdin?

Mən komanda oyunçusuyam. Mən elə bir klubda çıxış etmək istəyərəm ki, həmin komanda komanda oyunu sərgiləsin. İndividuallardan yox, sırf komanda oyunu sərgiləsin. AZAL-da oynayıram, amma güclü komandalara da gedə bilərəm. Konkret təkliflər də yoxdu. İndi ancaq qol vurmağı düşünürəm.

– Adətən AZAL-da parlayan oyunçular başqa komandalara gedən də özlərini doğrultmurlar. Bu amil səni qorxutmur ki?

Yox, laızm olduqda komandaya istənilən halda xeyir verə biləcək gücdəyəm. Sizin nəzərdə tutduğunuz oyunçulardan fərqli mən başqa xarakterdəyəm.

– İnstaqram hesabında bahalı maşınla fotolarını yerləşdirmişdin. Bununla bağlı nə deyərdin?

(gülür) Yox, o maşın mənim deyil. Burada yaşayan dostumundu, mənə vermişdi. Almaniyaya gəlsəniz bu maşından da 10 dəfə bahalısını görərsiniz. Mənim maşınım bundan da bahalıdı.  

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43