Premyer Liqa

Premyer Liqada 2 oyunun vaxtı dəyişdirildi

“Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klubları Peşəkar Futbol Liqasına müraciət ediblər.

İdmanxeber.com-un məlumatına görə, komandalar Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları ilə  Topaz Premyer Liqasının XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirərək,  “Sumqayıt” – “Zirə” və “Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər. Bütün bunları nəzərə alan PFL XIV turun  “Sumqayıt” – “Zirə”, “Neftçi” – AZAL görüşünün 17 dekabrda oynanılmasına razılıq verib. Beləliklə, XIV turun bütün görüşləri eyni gündə, yəni 17 dekabrda reallaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43