Kateqoriyasız

Premyer Liqada 9-cu

Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, “Şamaxı”nın kapitanının yubileyi Misli Premyer Liqasının III turuna təsadüf edib.

“Səbail”lə ev matçı 34 yaşlı yarımmüdafiəçinin 350-ci görüşü olub. Elvin ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçu olub. 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov indiyədək 25 qola imza atıb.

O, Premyer Liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi “Bakı”da 73 (3 qol), “Qarabağ”da 70 (3 qol), “Şamaxı”da 54 (7 qol), “Zirə”də 49 (5 qol), “Turan”da 49 (3 qol), “Sumqayıt”da 44 (2 qol) və “Qəbələ”də 11 (2 qol) matç keçirib.

“Şamaxı” – “Səbail” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43