Dünya futbolu

Premyer Liqada növbəti QALMAQAL! – VİDEO

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları davam edir.

"Nyukasl" – "Mançester Siti" oyunda, ev sahiblərinin futbolçusu Şeyk İsmail Tiotenin qolu, anlaşılmaz ofsayd qərarına görə hesaba alınmayıb. Əvvəlcə hakimin qol zənn etdiyi zərbədən bir neçə saniyə sonra diqqətlər yan xətt hakiminə yönəlib. 

Yan xətt hakiminin bayrağı qalxmışdı. Videotəkrardan da ofsayd olmadığı açıq-aydın görsənir. Hakimin nəyə görə bu qərarı verdiyi hələ də müəmmalı olaraq qalır.

Qeyd edək ki, matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43