Kateqoriyasız

Premyer Liqada sonuncu turun hakim təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında sonuncu-36-cı turun bütün hakim təyinatları müəyyənləşib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Neftçi” – AZAL matçını Elvin Əsgərov, “Qəbələ” – “Bakı” oyununu isə Əliyar Ağayev idarə edəcək.

28 may (cümə axşamı)

“Xəzər Lənkəran”– “Simurq”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov

“Neftçi” – AZAL

Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev

“Qəbələ” – “Bakı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, RamilƏhmədov

“Sumqayıt” – “İnter”

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43