Kateqoriyasız

Premyer Liqadan qeydlər

2013-2014-cü il  İngiltərə Premyer Liqası bir çox maraqlı hadisələrlə yadda qaldı. Bu yazıda mövsümün ən yadda qalan məqamlarını qeyd etməyə çalışacam.

"Mançester Yunayted" – Son çempion mövsümə məşqçi dəyişikliyi ilə başladı. Aleks Ferqusonun yerinə David Moyes gətirildi. Şotlandiyalı mütəxəssis Yunayteddə gözləntiləri doğrultmadı. Moyesli Mançester Yunayted çempionatı 64 xalla 7-ci pillədə bitirdi. Bununla da "Qırmızı Şeytanlar" turnir Çempionlar Liqası adlanandan bəri (1992) ilk dəfə ondan kənarda qaldı. Bu uğursuzluqlardan sonra Moyes klubdan qovuldu.

 "Mançester Siti" – Mançester şəhərinin digər təmsilçisi Siti də məşqçi dəyişikliyi ilə başladı. Baş məşqçi postuna Manuel Pelleqrini gətirildi. Çilili Mütəxəssis təcrübəsindən istifadə edərək klubu çempion etdi. Bu mövsüm Mançester Sitidə Yaya Turenin oyununu xüsusi qeyd etmək lazımdır. Yarımmüdafiəçi bəzi zədələrə baxmayaraq 20 qol vurub İngiltərə futbol tarixinə adını qızıl hərflərlə yazdırdı. Ture Lamparddan sonra 2-ci yarımmüdafiəçidir ki bir mövsümdə 20+ qol vurur.

"Liverpul" – "Mersesaydlar" sezona başlayanda əsas məqsədi ilk dördlüyə daxil olub Çempionlar Liqasına vəsiqə qazanmaq idi. Luis Suarezin inanılmaz oyunlar göstərməsi Liverpulu çempionluq yarışına daxil etdi. Brendan  Rocersin yetirmələri son tura qədər Siti ilə başa-baş mübarizə apardı , lakin çempion ola bilmədi. Liverpulun hücumçusu Suarez 31 qolla Premyer Liqanın bombardiri oldu. Bundan başqa Uruqvaylı hücumçu İngiltərədə ilin futbolçusu və idman yazarları tərəfindən Premyer Liqada ən yaxşı futbolçu adına layiq görüldü.

"Çelsi" – Mövsümün əvvəlində yenidən Maurinyonu baş məşqçi vəzifəsinə gətirən "Zadəganlar" Çempionluğa böyük ümidlər bəsləyirdi. Təcrübəli mütəxəssis liqdə uzun müddət Liverpul və Mançester Siti ilə birgə dominantlıq etdi. Son turlarda xal itkiləri ilə üzləşməsi Portuqaliyalı məşqçini bu il də kuboksuz qoydu. Çelsinin əsas qol gücü sayılan Edin Hazard çempionatın ən yaxşı gənc oyunçusu seçildi.

"Arsenal" – "Topçular" liqə uğurlu başladı. "Arsenal" turnir cədvəlində 125 gün lider oldu. Lakin liderliyini sonadək qoruya bilmədi. Böyük klublarla oyunlarda zəif çıxış etməsi Vengerin yetirmələrini çempionluqdan etdi. Yuxarı sıralar üçün gedən gərgin mübarizəyə baxmayaraq London təmsilçisi Çempionlar Liqasına vəsiqə verən dördlüyə girməyi bacardı.

"Tottenhem" – Klub ulduz futbolçusu Qaret Beyli komandada saxlaya bilmədi. Uelsli futbolçu 100 milyon avroya Real Madrid klubuna transfer oldu. Onun yerinə bir sıra yeni futbolçu transfer olundu, ancaq istənilən performans əldə etmək mümkün olmadı. Baş məşqçi Villas Boaş qovuldu. Klub turniri 69 xalla 6-cı pillədə bitirdi.

"Everton" Martinezin rəhbərliyində uğurlu işlərə imza atdı. Liqada 5-ci olaraq Avropa Liqasına vəsiqə qazandı.

Digər klublar daha çox liqada qalmaq üçün mübarizə apardı. Turnir cədvəlinin son sıralarında qərarlaşan "Norviç Siti" , "Fulhem" və "Kardif Siti" klubları ikinci dvizyona düşdü.

Əfqan Elmanoğlu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43