Premyer Liqa

Premyer Liqamızda bu gün keçiriləcək oyunlara baxmağın yolu

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün baş tutacaq hər 3 qarşılaşma eyni saatda start götürdüyündən “CBC Sport” telekanalı yalnız 1 – “Zirə” – “Neftçi” matçını canlı yayımlayacaq. “Qarabağ” – “Sumqayıt” matçı isə Ağdam klubunun rəsmi “Youtube” kanalı vasitəsilə izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, saat 17:00-da start götürəcək hər iki qarşılaşma saytımız vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43