Kateqoriyasız

Premyer Liqamızda ikinci turun oyunlarının başlama saatı açıqlandı

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarının vaxtı açıqlanıb.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, matçlar 3 günü əhatə edəcək. Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

24 avqust (şənbə)

19:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

25 avqust (bazar)

18:45. “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”

21:00. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43